Подробнее: https://www.labirint.ru/books/323389/
Əziz valideynlər və tərbiyəçilər!
«Məktəbəqədər təhsil proqramı (kurikulumu)»na görə məktəbə hazırlıq dövründə uşaq hərfləri yalnız çap formasında öyrənməlidir. Lakin valideynlərin çoxsaylı müraciət və xahişlərini nəzərə alaraq hazırlanan «Yazmağı öyrənirəm» kitabının köməyilə uşaq hərfləri, 1-dən 10-a qədər ədədləri, bunlardan istifadə etməklə sadə söz və cümlələri yazmağı və oxumağı öyrənəcəkdir.
Kitabı şərti olaraq üç hissəyə ayırmaq olar. Birinci hissədə (səh. 4-17) müxtəlif formalı xətləri çəkmək üçün tapşırıqlar verilmişdir. Qələmlə cizgilərin üstündən getməklə uşağın əl və barmaqları (kiçik motor hərəkətləri) inkişaf edir, yazmağa hazırlanır. Kitabın bu hissəsində hər səhifədə verilən tapşırığı bir məşğələ ərzində yerinə yetirmək lazımdır.
İkinci hissə (səh. 18-49) hərflərin öyrənilməsinə həsr edilib. Burada əlifbanın bütün hərflərinin çap və yazı forması, eyni zamanda bu hərflərin hansı səsləri ifadə etdiyi öyrənilir. Bu hissədə hər hərfin öyrənilməsinə iki məşğələ həsr etmək tövsiyə olunur.
Üçüncü hissədə isə (səh. 50-59) 1-dən 10-a qədər ədədlərin öyrənilməsi üçün tapşırıqlar verilmişdir. Onların köməyilə uşaq ədədləri yazmağı və əşyaları saymağı öyrənəcəkdir. Bu tapşırıqların da yerinə yetirilməsinə iki məşğələ ayırmaq lazımdır.
UNUTMAYIN!
- Hər tapşırıq böyüklərin nəzarəti altında yerinə yetirilməlidir.
- Tapşırığın şərti uşağa aydın şəkildə izah edilməlidir.
- Uşaqla işləyərkən səbrli olmaq, səhv etdikdə danlamamaq lazımdır.
- Hər məşğələnin sonunda uşağı tərifləmək lazımdır.
SİZƏ VƏ ÖVLADINIZA UĞURLAR ARZULAYIRIQ!
Автор
|
A.Əhmədova |
Число страниц
|
64 |
Язык
|
Azərbayanca |
Возраст
|
5-6 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |