Подробнее: https://www.labirint.ru/books/323389/
Hörmətli valideynlər, tərbiyəçilər və müəllimlər!
Bu kitab kiçik yaşlı uşaqların (3-7 yaş) rusca gündəlik həyatda işlənən ən zəruri və minimum söz ehtiyatına malik olması və sadə nitq vərdişlərinə yiyələnməsi üçün nəzərdə tutulmuşdur. Öyrənmə prosesində böyüklərin iştirakı vacibdir. Rusca sözlərin tələffüzü mötərizədə Azərbaycan hərfl əri ilə verildiyindən valideynin rus dilini bilməməsi elə də çətinlik törətmir. Asan olmaq üçün rusca bütün sözlərin tələffüzü orta mötərizədə Azərbaycan hərfl əri ilə verilmişdir. Vurğu ilə deyilən saitlər qırmızı, incə tələffüz olunan samitlər isə göy rənglə ayrılmışdır. Kitabda bütün söz, cümlə və mətnlər rəngli şəkillərlə müşayiət olunur. Bu öyrənməni asanlaşdırır və maraqlı edir.
UNUTMAYIN!
- Hər tapşırıq böyüklərin nəzarəti altında yerinə yetirilməlidir. .
- Məşğələ zamanı səbrli olun, sakit tonda və aydın danışın.
- Tapşırığın şərtini uşağa aydın şəkildə izah edin.
- Hər kiçik uğuruna görə uşağı tərifl əyin, səhv etdikdə danlamayın.
- Uşağın fəal olmasına, suallar verməsinə çalışın.
- Uşaq danışarkən sözünü kəsməyin.
- Onu həvəsi olmayan halda məcbur etməyin, həvəsləndirməyə çalışın.
- İrəliləyiş zəif olanda, hətta geriləmə olanda belə həyəcanlanmayın.
- Uşağı ondan daha uğurlu başqa uşaqlarla müqayisə etməyin.
- Kitabdakı materialların ardıcıl öyrənilməsinə çalışın.
UĞURLAR ARZULAYIRIQ!
Автор
|
N.Məmmədova, M.Qılıcova |
Число страниц
|
200 |
Язык
|
AZ-RUS |
Возраст
|
3-5 лет, 4-5 лет, 4-7 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |