Подробнее: https://www.labirint.ru/books/323389/
Əziz valideynlər və müəllimlər!
Bu kitab 5-6 yaşlı uşaqların məktəbə hazırlığı üçün nəzərdə tutulmuşdur. Onun köməyilə uşaq məktəbəqədər təhsil pilləsində riyaziyyatdan məktəbəhazırlıq üçün nəzərdə tutulan bilik və bacarıqları əldə edəcəkdir.
Kitabda 10 dairəsində sayma, hesablama, müqayisə aparmaq; əşyaları, dairə, üçbucaq və kvadratı forma, ölçü və kəmiyyətinə görə fərqləndirmək və müqayisə etmək; əşyalar, həndəsi fi qurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatları (toplama, çıxma, bərabər, qeyri-bərabər) yerinə yetirmək; məkan və zamanla bağlı ilkin riyazi anlayışları öyrənmək, sadə məntiqi xarakterli məsələlər həll etmək üçün çoxlu sayda sadə və maraqlı tapşırıqlar verilmişdir.
Hər bir tapşırıq valideynin və ya müəllimin nəzarəti və köməyi ilə yerinə yetirilməli, uşağa tapşırığın şərti aydın, sadə cümlələrlə izah olunmalı, nümunə göstərilməlidir. Tapşırıqları yerinə yetirərkən uşağın nitq fəaliyyətinə də fi kir verin, onun danışması üçün stimul yaradın. Bunun üçün iş zamanı uşaqla danışmaq lazımdır. Elə edin ki, uşaq düşündükləri və etdiklərini sözlə də ifadə etsin. Tapşırığın asan, çətin, maraqlı və ya maraqsız olması haqda uşağın fi krini öyrənməyə çalışın. Uşağa hər tapşırıq haqda öz rəyini bildirməyə imkan vermək lazımdır. Tapşırıqların yerinə yetirilməsində uşağa sərbəstlik verin.
Hər məşğələnin sonunda uşağı tərifl əməyi unutmayın. Belə olduqda o növbəti məşğələdə tapşırıqları həvəslə yerinə yetirəcəkdir.
Vəsaitdən məktəbəqədər təhsil müəssisələri, uşaq inkişaf mərkəzlərinin məktəbə hazırlıq qruplarında, məktəblərdə təşkil edilən hazırlıq qruplarında, həmçinin ailələrdə valideynlər tərəfi ndən istifadə
oluna bilər.
UĞURLAR ARZULAYIRIQ!
Автор
|
L.CƏFƏROVA, S.RƏHİMOVA |
Число страниц
|
80 |
Язык
|
Azərbayanca |
Возраст
|
5-6 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |