Əziz valideynlər və müəllimlər!
Bu kitab məktəbəqədər yaşlı uşaqların hazırlığı üçün nəzərdə tutulmuşdur. Onun köməyilə uşaq əlifbanın çap hərflərini, bu hərflərdən istifadə etməklə sadə söz və cümlələri yazmağı və oxumağı öyrənəcəkdir.
Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə uşaqların məktəbə hazırlığı zəruridir. Məktəbə hazırlıq həm uşaq bağçalarında, həm də müxtəlif uşaq inkişaf mərkəzlərində hazırlıq qruplarında həyata keçirilir.

Kitabda hər bir hərfin öyrənilməsinə iki səhifə ayrılmışdır. Birinci səhifədə hərfin şəkli (böyük çap forması), adında həmin hərf işlənən əşyaların şəkilləri və hərfin konturunun rənglənməsi tapşırığı verilmişdir. Bu tapşırıqda uşaq həm hərfin forması ilə tanış olur, həm də onlarda kiçik motor hərəkətləri inkişaf edir. Uşaqlar əşyanın adını tələffüz etməklə hərflərin hansı səsləri ifadə etdiyini öyrənir. İkinci səhifədə hərfin konturunun üstündən getməklə, hərfin çatışmayan hissələrini tamamlamaqla və nəhayət hərfin şəklini tam
çəkməklə onu yazmağı öyrənir, sadə sözlər yazır və onları hecalarla oxuyur.
«Karandaşla üstündən get», «Tamamla», «Hərfi yaz» və «Sözü yaz» tapşırıqlarının karandaşla yerinə yetirilməsi məsləhət görülür. Karandaşla yazmaq uşağa daha asan olur, bu zaman səhvləri də pozanla pozub yenidən yazmaq mümkündür.
İş prosesində əsas gigiyenik qaydalara riayət olunmalıdır. Böyüklər uşağın stol arxasında düzgün oturmasına, qələmi (karandaşı) düzgün tutmasına daim nəzarət etməlidir. Bu qaydaların əhəmiyyəti uşağa izah olunmalıdır.

Uşaq bağçalarında məktəbəhazırlıq qrupunda məşğələlərin müddəti 25-30 dəqiqədir. Məşğələlərdə uşaqların zehni yorğunluğunun qarşısını almaq üçün əyləncəli idman dəqiqələrindən istifadə edilməlidir.
Vəsaitdən məktəbəqədər təhsil müəssisələri və uşaq inkişaf mərkəzlərində məktəbəhazırlıq qruplarında, həmçinin ailələrdə valideynlər tərəfindən istifadə oluna bilər.
UNUTMAYIN!
Məktəbəqədər dövrdə uşağın hərfləri yalnız çap formasında
öyrənməsi tövsiyə olunur. Hüsnxətlə yazı yalnız məktəbdə 1-ci sinifdə öyrənilməlidir.
UĞURLAR ARZULAYIRIQ!
Автор
|
L.CƏFƏROVA, S.RƏHİMOVA |
Число страниц
|
72 |
Язык
|
Azərbayanca |
Возраст
|
5-6 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |