Подробнее: https://www.labirint.ru/books/323389/
Hörmətli valideynlər, tərbiyəçilər və müəllimlər!
Məktəbəqədər yaş dövrü insan həyatında çox mühüm bir dövrdür. Bu dövrdə şəxsiyyətin formalaşmasının təməli qoyulur və onun sonrakı inkişafı üçün zəmin yaranır. Bu prosesin düzgün təşkilində ətraf aləmlə tanışlıq mühüm yer tutur. Uşaqlar ətraf aləmi öyrənərkən ətrafda gördükləri və eşitdiklərini, əldə etdikləri bilikləri praktikada tətbiq etmək bacarığı da qazanırlar. Onların nitqi və təfəkkürü inkişaf edir, uşaqlarda təbiətə və insanlara münasibət formalaşır. Xüsusilə 3-5 yaş arasında uşaqlar ətraf aləmə çox maraq göstərir, böyüklərə aramsız suallar verirlər. Bu kitab uşağın ətraf aləmi öyrənməsinə kömək etmək üçün nəzərdə tutulmuşdur.
Kitab üzərində iş böyüklə uşağın əməkdaşlığı şəklində təşkil olunmalıdır. Kitabda hər mövzuya aid öyrədici material, sual və tapşırıqlar verilmişdir. Uşağın öyrədici materialı mənimsədiyinə əmin olduqdan sonra sual və tapşırıqlara keçmək lazımdır. Mövzuların öyrənilməsində kitabda verilən materiallarla yanaşı, ətraf aləmin özündən bilavasitə istifadə edilməlidir. Məşğələ zamanı uşağın nitq fəaliyyətinə diqqət yetirin, onun danışması üçün stimul yaradın. Bunun üçün ona “Necə?”, “Nə cür?”, “Neçə?”, “Nə zaman?”, “Harada?”, “Nə üçün?”, “Nədən ötrü?” və s. sözlərlə başlayan açıq suallar verin. Uşağa öz fi krini bildirməyə, ifadə etməyə kömək edin. Hər məşğələ üçün tövsiyə olunan vaxt 15-20 dəqiqədir.
UNUTMAYIN!
- Hər tapşırıq böyüklərin nəzarəti altında yerinə yetirilməlidir.
- Tapşırığın şərti uşağa aydın şəkildə izah edilməlidir.
- Məşğələ vaxtı uşağın və sizin əhval-ruhiyyəniz yüksək olmalıdır.
- Məşğələ vaxtı uşağı danlamaq olmaz.
- Uşağın çox yorulmasına yol vermək olmaz.
- Hər məşğələnin sonunda uşağı tərifl əmək lazımdır.
UĞURLAR ARZULAYIRIQ!
Автор
|
P.V.Qasımova, M.T.Qulamov |
Число страниц
|
96 |
Язык
|
Azərbayanca |
Возраст
|
3-5 лет, 4-5 лет, 5-6 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |