Подробнее: https://www.labirint.ru/books/323389/
Подробнее: https://www.labirint.ru/books/323389/
Bu kitab 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Onun köməyilə uşaq məktəbəqədər təhsil pilləsində orta və böyük yaş qruplarında nəzər-də tutulan riyazi bilik və bacarıqları əldə edəcəkdir.
Kitabda 5 dairəsində saymaq, hesablamaq, müqayisə aparmaq; əşyaları, dairə, üçbucaq və kvadratı forma, ölçü və kəmiyyətinə görə fərqləndirmək və müqayisə etmək; əşyalar və həndəsi fiqurlarla sadə riyazi əməliyyatları (toplama, çıxma, bərabər, qeyri-bərabər) yerinə yetirmək; məkan və zaman-la bağlı ilkin riyazi anlayışları öyrənmək, sadə məntiqi xarakterli məsələləri həll etmək üçün çoxlu sayda sadə və maraqlı tapşırıqlar verilmişdir.
Hər bir tapşırıq valideynin və ya tərbiyəçinin nəzarəti və köməyilə yerinə yetirilməli, uşağa tapşırığın şərti aydın, sadə şəkildə izah olunmalı, nümunə göstərilməlidir.
Tapşırıqları yerinə yetirərkən uşağın nitq fəaliyyətinə də fikir verin, onun danışması üçün stimul yaradın. Bunun üçün iş zamanı uşaqla danışmaq lazımdır. Elə edin ki, uşaq düşündükləri və etdiklərini sözlə də ifadə etsin. Tapşırığın asan, çətin, maraqlı və ya maraqsız olması haqda uşağın fikrini öyrənməyə çalışın. Uşağı hər tapşırıq haqda öz rəyini bildirməyə sövq edin. Tapşırıqların yerinə yetirilməsində uşağa sərbəstlik verin.
Vəsaitdən məktəbəqədər təhsil müəssisələrində, uşaq inkişaf mərkəzlə-rində tərbiyəçilər və ailələrdə valideynlər tərəfindən istifadə oluna bilər.
UNUTMAYIN!
Hər məşğələnin sonunda uşağı mütləq tərifləmək lazımdır. Belə olduqda o, növbəti mərhələdə tapşırıqları daha həvəslə yerinə yetirəcəkdir.
UĞURLAR ARZULAYIRIQ!
Автор
|
L.CƏFƏROVA, S.RƏHİMOVA |
Число страниц
|
80 |
Язык
|
Азербайджанский, Русский |
Возраст
|
5-6 лет |
Бренд
|
Издательство Didaktika |
Страна производитель
|
Азербайджан |
Пол
|
Для мальчиков, Для девочек |
Размеры изделия
|
195X275 |